Simurq daha bir futbolçunu heyətinə qatdı
30 yanvar 2014 17:17
"Simurq" heyətini daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, komanda Antalyadakı qış təlim-məşq toplanışında baxışdan uğurla keçən Lambot Benjamin Edouardla 1+1 sistemli müqavilə imzalayıb.
Belçikalı yarımmüdafiəçi bu gün Zaqatala təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb. 26 yaşlı futbolçu komandamızın heyətində 19 nömrəli forma geyinəcək.
Qeyd edək ki, Benjaminin son klubu “Lierse” olub.