İnter fransalı futbolçu ilə gücləndi
26 yanvar 2014 14:57
"İnter" daha bir futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, paytaxt klubu heyətinə fransalı müdafiəçi qatıb.
Bu, Yohan Bokaqniodu. Onunla bir illik müqavilə imzalanıb. Razılaşmaya əsasən müqavilənin müddəti artırıla da bilər.