Qarabağ - Volın matçı da baş tutmadı (YENİLƏNİB)
25 yanvar 2014 19:45
Bu gün “Qarabağ” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirməliydi. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Ukraynanın “Volın” komandası ilə qarşılaşmalıydı.
Lakin bu görüş güclü yağış səbəbindən baş tutmayıb.
Əvvəlki oyunlarda “Qarabağ” Rumıniyanın "Dinamo" (Buxarest, 1:0), Albaniyanın "Flamurtari" (1:2), Almaniyanın “Vupertaller” (2:2) komandaları ilə qarşılaşıb.
“Qarabağ” - “Volın” (Ukrayna)