Qarabağ qələbəni əldən verdi (YENİLƏNİB)
23 yanvar 2014 14:55
Topaz Premyer Liqasının qalan hissəsinə Türkiyədə hazırlaşan "Qarabağ" bu gün Antalya toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun budəfəki rəqibi Almaniyanın "Vupertaller" komandası olub.
Görüş sülhlə başa çatıb.
Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri bundan öncə Rumıniyanın "Dinamo" (Buxarest, 1:0) və Albaniyanın "Flamurtari" (1:2) klubları ilə də qarşılaşmışdı.
Yoxlama oyunu
23 yanvar
Qarabağ - Vupertaller - 2:2
Qolarl: Əhmədov, 22 (1:0), Almeyda, 27 (2:0).
Qarabağ: Fərhad Vəliyev, İlqar Qurbanov, Eltun Yaqublu, Hacı Əhmədov, Təmkin Xəlilzadə, Riçard Almeyda, Tural İsgəndərov, Qara Qarayev, Çumbinyo, Muarem Muarem, Ulrix Kapolonqo.