Qarabağ gürcü hücumçu ilə müqavilə imzalayır
23 yanvar 2014 13:04
"Qarabağ" bu qış fasiləsində ilk transferini rəsmiləşdirir. Azerisport.az xəbər verir ki, Ağdam klubu gürcü hücumçu Djaba Dvali ilə müqavilə imzalayır.
29 yaşlı hücumçu artıq bu gün yeni komandasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Dvalinin son klubu Tiflis "Dinamo"su olub. Azərbaycanlı azarkeşlər isə Dvalini 2012-ci ildə "Neftçi" ilə qarşılaşmış "Zestafoni"dən yaxşı xatırlaya bilər.
Qeyd edək ki, Dvalinin son klubu Tiflis "Dinamo"su olub. Azərbaycanlı azarkeşlər isə Dvalini 2012-ci ildə "Neftçi" ilə qarşılaşmış "Zestafoni"dən yaxşı xatırlaya bilər.