Rəvan Universitatyaya da qalib gəldi (YENİLƏNİB)
22 yanvar 2014 22:33
Bu gün “Rəvan” toplanış çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, “Rəvan”ın rəqibi Rumıniyanın “Universitatya” komandasının ikinci heyəti olub.
Xatırladaq ki, buna qədər “Rəvan” Braziliyanın “Uniao” (2:1) komandası ilə qarşılaşmışdı.
Rəvan - Universitatya (Rumıniya) 1:0 (1:0)
Qol: Tyaqo, 27 (1:0)
”Rəvan” (start heyəti): Lukaş Sapela, Novruz Məmmədov, Cəmşid Məhərrəmov, Pexa, Matye Moriç, Miloş Adamoviç, Nunu Sezar, Ceyhun Cavadov, Tyaqo Mirosema, Kamil Nurəhmədov.