Qarabağ Flamurtariyə məğlub oldu (YENİLƏNİB)
22 yanvar 2014 21:22
Bu gün “Qarabağ” Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Albaniyanın “Flamurtari” komandası ilə qarşılaşıb.
Xatırladaq ki, buna qədər “atçılar” Rumıniyanın “Dinamo” (Buxarest) (1:0) komandası ilə qarşılaşmışdı.
Qarabağ - Flamurtari (Albaniya) 1:2 (1:1)
Reynaldo, 24 (1:0)
”Qarabağ” (start heyəti): İbrahim Şexiç, Maksim Medvedev, Bədəvi Hüseynov, Admir Teli, Ansi Aqoli, Hacı Əhmədov, Muarem Muarem, Namiq Yusifov, Reynaldo, Corc Leroy, Vüqar Nadirov.