Rəvan Güvenç Kurtarla ilk qələbəsinə sevindi
12 yanvar 2014 14:55
Topaz Premyer Liqasının növbəti iki dövrəsinə hazırlığını davam etdirən "Rəvan" bu gün Bakıda növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, elita təmsilçisi 1-ci divizionun lideri "Araz Naxçıvan"la qarşılaşıb.
Oyun bakılıların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Qələbə qolunu "aslanlar"ın yeni transferi Tyaqo Mirasema vurub.
Qeyd edək ki, "Rəvan" bundan öncə "Sumqayıt"la qarşılaşmışdı. Həmin görüş qolsuz başa çatmışdı. Bu üzdən də "Araz Naxçıvan"la oyundakı zəfər "Rəvan"ın yeni baş məşqçisi Güvenç Kurtarın ilk qələbəsidi.