AZAL Rəşad Abdullayevlə müqavilə bağladı
11 yanvar 2014 19:44
AZAL yeni ildə ilk transferini həyata keçirib. Azerisport.az xəbər verir ki, Vaqif Sadıqovun komandası yarımmüdafiəçi Rəşad Abdullayevi heyətinə qatıb.
Rəşad Abdullayev mövsümün ilk yarısını “Rəvan”da keçirib. “Təyyarəçilər” futbolçu ilə bir il yarım müddətində müqavilə imzalayıb.