Sumqayıt Rəvanla heç-heçə etdi (YENİLƏNİB)
10 yanvar 2014 17:55
"Sumqayıt" bu gün yoldaşlıq görüşü çərçivəsində "Rəvan"la qarşılaşıb. Azerisport.az xəbər verir ki, komandalar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gəlib.
Qeyd edək ki, bu, hər iki komandanın 2014-cü ildəki ilk sınağı olub. "Rəvan"ın yeni baş məşqçisi Güvenç Kurtar isə paytaxt klubunun sükanı arxasında debüt edib. Qarşılaşma isə sülhlə başa çatıb.
Yoxlama oyunu
10 yanvar
Sumqayıt - Rəvan - 0:0