Luis Karlos Ruis Neftçi barədə açıqlamalarını təkzib etdi
5 yanvar 2014 00:24
"Neftçi"yə transfer olunacağını açıqlayan Luis Karlos Ruisin sözlərinin paytaxt klubu tərəfindən təkzib olunduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq bu müəmmalı məsələyə tam aydınlıq gəlib.
Məsələni aydınlaşdırmaq üçün birbaşa futbolçunun özü ilə əlaqə saxladıq. Maraq üçün xatırladaq ki, kolumbiyalı forvard bir müddət öncə belə bir xəbər yaymışdı: "Bakı "Neftçi"si mənim yeni komandamdı. Onlarla 4 illik müqavilə imzalayacağam". Üstündən bir neçə gün keçdikdən sonra isə o, gələn həftə Bakıya gələrək "ağ-qaralar"ın toplanışına qatılacağını açıqlamışdıb. Lakin "Neftçi" rəhbərliyi hər iki xəbəri təkzib etmişdi.
Ruis özü saytımızın sorğusuna cavab olaraq çox maraqlı açıqlama verib. Belə ki, o, bu barədə açıqlamaları yaydığı "twitter" hesabının hakerlər tərəfindən oğurlandığını və həmin məlumatların da onlar tərəfindən yayıldığını bildirdi. Bir sözlə, o, Azərbaycan klubuna keçəcəyi barədə açıqlamaların əsassız olduğunu təsdiqlədi.