Rəvan Diniyevi istefaya göndərdi
4 yanvar 2014 00:10
"Rəvan" növbəti baş məşqçi dəyişikliyinə hazırlaşdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Bakı klubu baş məşqçi postuna türkiyəli mütəxəssis Güvenç Kurtarı gətirir.
Bu barədə Türkiyə mətbuatına mütəxəssis özü məlumat vermişdi. Artıq "Rəvan" da bu xəbəri təsdiqləyəcək addım atıb. Belə ki, paytaxt klubu baş məşqçi Şahin Diniyevlə yollarını ayırıb.
Qeyd edək ki, Diniyev Topaz Premyer Liqasının 10-cu turunda Vladislav Qədirovu əvəzləmişdi. Qədirov isə 3-cü turda Ramil Əliyevin yerinə keçmişdi.