Qəbələ Bolonya və Arsenalın sabiq üzvü ilə güclənir (FOTO)
30 dekabr 2013 12:19
"Qəbələ" braziliyalı müdafiəçi ilə güclənməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, söhbət Rafael Santosdan gedir.
Tam adı Rafael Alves dos Santos olan futbolçu 1984-cü ildə anadan olub. 187 sm boya malik arxa xətt oyunçusunun son klubu Ukrayna "Arsenal"ı (Kiyev) olub. Bundan əlavə o, ölkəsinin "Ponte-Preta", "İnternasional", "Atletiko Paranaense", "Vitoriya", eləcə də İtaliyanın "Bolonya" klubunda da forma geyib.
"Qəbələ"nin Rafael Santosla artıq iki illik müqavilə barədə razılığa gəldiyi bildirilir. Tərəflərin müqaviləyə tibbi müayiənədən sonra imza atması gözlənilir.