Slavik Alxasov rəsmən Xəzər Lənkəranda!
30 dekabr 2013 17:07
U-21 milli komandasının üzvü, müdafiəçi Slavik Alxasov növbəti iki il müddətinə "Xəzər Lənkəran"da çıxış edəcək. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər bununla bağlı artıq müqavilə imzalayıblar. 2010-cu ildən etibarən "Sumqayıt"ın şərəfini qoruyan 20 yaşlı futbolçunun klubua keçidi bu gün rəsmiləşib. O, müqavilə ilə "Neftçi"yə məxsus olsa da, paytaxt klubu futbolçusunun azad agent kimi başqa komandaya keçməsinə şərait yaradıb.