Sumqayıt Tərzin Cahangirovla müqavilə bağladı (FOTO)
27 dekabr 2013 15:55
"Sumqayıt" transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən Ramil Mansurovu heyətinə qatan komanda, "Qəbələ"də çıxış edən Tərzin Cahangirovla müqavilə imzalayıb.
21 yaşlı futbolçu icarə əsasında çıxış edəcək. Tərzin yeni klubunda 14 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, əslən sumqayıtlı olan Tərzin futbolda ilk addımlarını da Sumqayıtda atıb.
(Klub saytı)