Ruslan Tağızadə Qəbələ ilə 2 illik müqavilə imzalayacaq
23 dekabr 2013 13:29
AZAL-ın müdafiəçisi Ruslan Tağızadənin yeni klubu müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu ilə yollarını ayıran Azərbaycanın U-21 yığmasının üzvü karyerasını "Qəbələ"də davam etdirəcək.
Onun tezliklə bölgə klubu ilə 2 illik müqavilə imzalaması gözlənilir.