İnter hücumçusu ilə müqaviləyə xitam verdi
22 dekabr 2013 13:00
“İnter” makedoniyalı hücumçusu İlço Naumovski ilə müqaviləyə xitam verib. Azerisport.az Makedoniya KİV-nə istinadən xəbər verir ki, klub 30 yaşlı futbolçunun komandada özünü göstərə bilməməyi, meydana az çıxması səbəbi ilə bu addımı atıb.
Futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilmiş “İnter” - “Qarabağ” oyunundan (0:2) dərhal sonra müqaviləyə xitam barədə Naumovskiyə xəbərdarlıq edilib.
Xatırladaq ki, “bankirlər” bu ikin avqust ayında makedoniyalı hücumçu ilə bir illik müqavilə imzalamışdı və müqavilənin məzmununda tərəflər arasında razılaşmanın daha bir il uzadılmasının mümkünlüyünü əks etdirən bənd vardı.