Atletico və Blackpoolda çıxış etmiş futbolçu rəsmən Bakıda (FOTO)
31 avqust 2013 15:21
“Bakı” daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, paytaxt llubu yeni transferi Alberto Noqeyra ilə 1 illik müqavilə bağlayıb.
Alberto Noqeyra 1989-cü ildə, sentyabrın 24-də İspaniyanın Madrid şəhərində anadan olub. Futbolçu karyerasına “Rayo Vallecano”nun B komandasında başlayan Noqeyra daha sonra “Rayo Majadohonda”, “Reyes”, “Atletico” C, “Atletico” B, “Atletico” və “Blackpool” (İngiltərə) klublarında çıxış edib.