27 avqust 2013 00:14

Barcelonanın sabiq üzvü rəsmən Xəzər Lənkəranda! (FOTO)

“Xəzər Lənkəran” daha bir futbolçunun transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, ispan futbolçu Eduard Oriol Qrasiya bundan sonra cənub təmsilçisinin şərəfini qoruyacaq.
 
26 yaşlı yarımmüdafiəçi karyerasına Kataloniya klubu olan "Pobla Mafumet"də başlayıb. Ardından Oriol bu bölgənin digər komandası "Sant Andreu"da bir mövsüm ərzində çıxış edib. Həmin mövsümü olduqca uğurlu keçirən futbolçu "Barcelona"nın diqqətini cəlb edib. 2009-2011-ci illərdə "Barcelona”nın B komandasında oynayan Edu bu komandanın “Sequnda”ya vəsiqə qazanmasında əsas rol oynayanlardan biri olub. Bir neçə dəfə "Barcelona”nın əsas komandasının heyətinə də cəlb olunan oyunçu, ümumilikdə İspaniyanın ikinci divizionu olan "Sequnda"da 60 çempionat oyununda 9 dəfə fərqlənib.
 
2011-ci ildə isə sol cinah yarımmüdafiəçisi olan Oriol La Liqada çıxış edən “Zaragoza”ya keçib. Araqon klubunun tərkibində bütün turnirlərdə 45 oyun keçirən futbolçu bundan sonra “Xəzər Lənkəran”da legioner həyatı yaşayacaq.
 
Edu Oriolla "Xəzər Lənkəran" arasında iki il müddətinə müqavilə imzalanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.