Rəvan daha 2 futbolçunu transfer etdi (FOTO)
25 avqust 2013 18:08
Transfer çalışmalarını davam etdirən "Rəvan” heyəti gücləndirmək yolunda yeni addım atıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu daha 2 futbolçu ilə güclənib.
"Rəvan” bu dəfə Əziz Quliyev və Sahib Savankulovla anlaşıb. Son klubu "Bakı” olan Əzizlə bir, Tacikistan yığmasının üzvü Sahiblə isə iki illik rəsmi müqavilə imzalanıb.
Düşənbə "İstiqlal”ından gələn Savankulovun son vaxtlar müntəzəm çağırıldığı yığmada 31 oyunda meydana çıxdığını və 1 qol vurduğunu da əlavə edək. Adıçəkilən futbolçular bu gün "İnter”lə keçiriləcək oyunda meydana çıxa biləcəklər.