İnter yeni hücumçusu ilə müqavilə imzaladı
21 avqust 2013 17:56
“İnter” daha bir futbolçuyla münasibətlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bu gün hücumçu İlço Naumovski “bankirlər”lə 1+1 sistemi üzrə müqavilə imzalayıb.
Qeyd edək ki, İ.Naumovskinin karyerasında son klubu Avstriyanın “Mattersburg” olub. Bundan başqa, futbolçu Avstriyanın “Graser AK”, Türkiyənin “Malatyaspor” və İtaliyanın “Catania” klublarında da oynayıb.
Əlavə edək ki, futbolçu Makedoniya milli komandasının heyətində 45 oyun keçirib və 9 dəfə fərqlənib.
Bu günlərdə Azərbaycan çempionatında çıxış etməsi üçün futbolçunun iştirak ərizəsi müvafiq quruma göndəriləcək.