Rəvanda kamerunlu legioner (FOTO)
12 avqust 2013 14:15
“Rəvan” növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Bakı klubu Patrik Balokoqla müqavilə bağlayıb.
Tam adı Mişel Patrik Balokoq Nak olan futbolçu 1986-cı ildə Kamerunda dünyaya gəlib. Həm dayaq yarımmüdafiəçisi, həm də hücumameyilli xavbek kimi oynayan futbolçu vətənində “Koton Sport” klubunun formasını geyinib. Patrik son iki ildə Slpoveniyanın “Domjale” klubunda 21 oyun keçirib və 1362 dəqiqə oynayıb. Vətənində 2 dəfə ölkə çempionu, 3 dəfə isə kubokun qalibi olan Mişel 2011-ci ildə Kamerun millisinin heyətində Afrika Millətlər Kubokunda da iştirak edib.
Qeyd edək ki, “Rəvan” yeni transferi Patrik Balokoqu sifariş də edib. PFL kamerunlu yarımmüdafiəçinin adını klubun sifariş ərizəsinə daxil edib. Nəticədə, Balokoq Premyer Liqanın ikinci turunda debüt edib. Baş məşqçi Ramil Əliyev ona start heyətdə şans verib və afrikalı futbolçu “Neftçi”yə qarşı 90 dəqiqə oynayıb.