7 avqust 2013 15:44
Simurq serbiyalı hücumçu ilə müqavilə imzaladı (FOTO)
"Simurq" bu gün daha bir futbolçu ilə heyətini gücləndirib. Azerisport.az xəbər verir ki, Avstriya toplanışında baxışda da olmuş serbiyalı hücumçu Draqan Çeran Zaqatala klubu ilə 1 illik müqavilə imzalayıb.
26 yaşlı futbolçu "sarı-qaralar"ın heyətində "11" nömərli formayla mübarizə aparacaq.
Qeyd edək ki, bir vaxtlar Serbiyanın 21 yaşlılardan ibarət yığma komandasınada dəvət edilmiş Draqan Çeran "Simurq"un heyətində 9-cu legioner futbolçu oldu.
“Simurq” ondan öncə bu "transfer pəncərəsi"ndə qapıçı Pavel Kapsa, yarımmüdafiəçilər Patrik Osiako və Raul Kostin, hücumçu Salif Ballo ilə rəsmi müqavilə imzalamışdı. Ötən mövsüm Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparan Anderson Oliveyra, Dilaver Zrnanoviç, Stepan Polyakın isə müqavilələrinin müddətini daha bir il artırılmışdı. (klub saytı)
