Raul rəsmən Simurqda! (FOTO)
7 avqust 2013 14:42
Topaz Premyer Liqasının cari mövsümündə iddialı heyətlə gözəl nəticə qazanmağı qarşısına məqsəd qoyan "Simurq" daha bir futbolçu ilə rəsmi müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, 28 yaşlı Raul Kostin növbəti bir ildə bu komandanın şərəfəini qoruyacaq.
Klub saytının yaydığı məlumata görə, rumıniyalı yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində "30" nömərli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, Raul karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq. Bundan öncə o, ölkəsinin “Nasional”, “Sibiu”, “Mioveni” və "Vaslui" klublarında forma geyinib.
“Simurq”un yeni transferi Rumıniya çempionatının gümüş və bürünc mükafatçısıdı.