Qəbələnin sabiq hücumçusu futbolçularımızın komandasında!
5 avqust 2013 00:32
“Qəbələ”dən ayrılan Mustafa Dabo karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, seneqallı futbolçu hazırda “Kahramanmaraşspor”un düşərgəsində baxışdadı.
PTT Birinci Liqa klubu Dabonu artıq “Ünyespor”la yoxlama matçında da yoxlayıb. Komandasının qələbə qolunu da məhz o vurub. Seneqallı forvardla bağlı yaxın günlərdə qərar veriləcək.
Qeyd edək ki, qışda Latviyanın “Spartak” klubundan “Qəbələ”yə keçən Dabo ölkəmizdə 7 oyuna çıxaraq 489 dəqiqə oynayıb. O, “Qəbələ”nin heyətində yeganə qolunu komandasının AZAL-a 1:6 hesabı ilə yenildiyi matçda vurub.
Onu da qeyd edək ki, hazırda “Kahramanmaraşspor”da Fərid Quliyevlə Murad Axundzadə çıxış edir. Türkiyə klubu həmçinin qapıçı David Kərimini baxışa çağırıb.