Paytaxt klubu 3 futboçu ilə müqavilə imzaladı (FOTO)
30 iyul 2013 17:11
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Rəvan” bu gün 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Kamil Nurəhmədov, Elnur Abdulov və İvan Pexa ilə müqavilə bağlayıb.
Kamil və İvan qarşıdakı 1, Elnur isə 2 mövsümdə "aslan” olacaq.
Qeyd edək ki, daha öncə “aslanlar” Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun keçidini rəsmən həll etmişdi. Bunlar Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanov idi.