Xəzər Lənkəranın rəhbərliyi futbolçuları böyük məbləğdə cərimələyəcək
26 iyul 2013 18:00
Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Hayfa) ilə cavab oyunundakı biabırçı məğlubiyyət (0:8) “Xəzər Lənkəran”lı futbolçulara baha başa gəlib. Azerisport.az xəbər verir ki, artıq buna görə dörd futbolçu komandadan uzaqlaşdırılıb.
Bunlar Adrian Pit, Eder Bonfim, Toni Doblas və Marin Orsuliçdi.
Lakin klubun mətbuat xidmətindən aldığımız məlumata görə, digər oyunçular da ucuz qurtulmayacaqlar. Belə ki, klub rəhbərliyi onlara böyük məbləğdə pul cəzası kəsəcək. Lakin cərimənin məbləği açıqlanmır.