25 may 2013 00:44
Xəzər Lənkəranla Neftçi üçün 999 əyarlı qızıl suyuna çəkilmiş kubok
Xəbər verdiyimiz kimi, ötən gün baş tutan tədbirdə Azərbaycan Kuboku və Super Kubokunun təqdimatı keçirildi. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib:
“Fikrimcə, bu hamımız üçün sevindirici haldı. Azərbaycan kubokunun yeni dizaynı və Super kubokla bağlı təklif AFFA-nın prezidenti Rövnəq Abdullayevlə müzakirələrdə irəli sürüldü. Hər iki kubokda milli ornamentlərin istifadə olunması daha məqsədə uyğun sayıldı. Kubokların yeni formada hazırlanması qərara alındı. PFL tərəfindən hazırlanmış bir neçə nümünəni Rövnəq Abdullayevə təqdim etdik və seçilmiş yekun variantı Rusiyada sifariş etdik”.
Qeyd edək ki, hər iki kubok Rusiyada hazırlanıb, 999 əyarlı qızıl suyuna çəkilib. Azərbaycan kuboku mərmər altlıq üzərində 8 güşəli ulduz və Odlar Yurdu Azərbaycanın rəmzi olan göy, qırmızı və yaşıl rəngli alov dilimləri formasındadı. Kubokun üzərində Azərbaycanın xəritəsi olan futbol topu var. Hümdürlüyü 50 sm, çəkisi 6,5 kq-dı.
Super Kubok isə üstdən baxdıqda milli ornamentimiz olan buta formasındadı. Mərmər altlıq üzərində 8 güşəli ulduz, Super Kubokun üzərində isə PFL və AFFA-nın loqoları var. Hündürlüyü 45 sm, çəkisi 5,2 kq-dı.
