Zohair Benuahi də Xəzər Lənkəranda! (FOTO)
22 may 2013 12:45
“Xəzər Lənkəran” cari mövsüm başa çatan kimi növbəti mövsüm və avro kuboklar üçün transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, ilk olaraq Franko Nildonu rənglərinə bağlayan klub bu gün daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb.
Uzun müddətdi ölkəmizdə çıxış edən və səviyyəli legionerlərdən sayılan Zohair Benuahi ilə iki illik müqavilə bağlanılıb. 26 yaşı olan mərakeşli futbolçu ampulaca yarımmüdafiəçidi və bundan öncə Bakının AZAL klubunun şərəfini qoruyub.