Bakı da islahatlara start verdi
20 may 2013 21:08
Bu mövsüm uğursuzluqla üzləşən “Bakı” baş məşqçi Bojidar Bandoviçlə yanaşı, heyətdəki bəzi futbolçuları da göndərməyə qərar verib. Azerisport.az saytına müsahibəsində bunu, klubun baş meneceri Zeynal Məmmədov deyib:
“Bakı” Uinston Parks, İbrahim Karqbo, Aleksandr Şoliç və Edemir Rodriqesin xidmətindən imtina etdi. Bu futbolçularla yeni müqavilə imzalanmayacaq. Amma islahatlar təkcə bu dörd oyunçuyla yekunlaşmayacaq. Həmçinin Denis İvanov və Deyvidas Çesnauski ilə də yolları ayıra bilərik. Onlarla yeni müqavilə imzalanıb-imzalanmayacağına hələ qərar verməmişik. Hər şeyə yeni baş məşqçi qərar verəcək. Əgər legioner heç iştirak ərizəsinə də düşə bilmirsə, onda o, bizim nəyimizə lazımdı? Bundan sonra elə olmayacaq. “Bakı”da ancaq əsas heyətdə meydana çıxan legionerlər oynayacaq”.