Neftçinin Nikolas Kanaleslə bağlı problemi yarana bilər
15 may 2013 16:04
“Neftçi”nin hücumçusu Nikolas Kanalesin paytaxt klubu ilə müqaviləsinin müddəti başa çatmaq üzrədi. Azerisport.az xəbər verir ki, tərəflərin tezliklə yeni müqavilə ilə bağlı danışıqlara başlaması gözlənilir. Müqavilənin müddəti mayın sonunda başa çatacağından, məsələnin kiçik müddət ərzində həll olunması istisna deyil.
Qeyd edək ki, Kanales “Neftçi”dəki ilk mövsümündəcə ümidləri doğrultmağı bacardı. Paytaxt klubu təbii ki, bu mövsüm artıq 26 qola imza atan forvardı buraxmağa hazırlaşmır. Lakin Kanales də qalacağı halda, təbii ki, əvvəlki müqavilə ilə müqayisədə daha sərfəli şərtlər irəli sürməyə çalışacaq. Tərəflərin bu mənada anlaşıb-anlaşmayacağı isə hələlik bəlli deyil.
Maraq üçün bildirək ki, “Neftçi”də Julius Vobay və Erik Ramosla da müqavilələrin müddəti başa çatmaq üzrədi. Lakin klub rəhbərliyi bütün futbolçularını növbəti mövsümdə də heyətində saxlamaq istəyir.
Maraq üçün bildirək ki, “Neftçi”də Julius Vobay və Erik Ramosla da müqavilələrin müddəti başa çatmaq üzrədi. Lakin klub rəhbərliyi bütün futbolçularını növbəti mövsümdə də heyətində saxlamaq istəyir.