Qəbələdən ayrıldı, Atleticoya keçdi
26 yanvar 2013 11:55
“Qəbələ”nin yollarını ayırdığı yarımmüdafiəçi Bruno da Silvanın klubsuz günləri çox çəkməyib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu yenidən ölkəsinə qayıdıb.
O, yerli “Atletico Ibirama” klubu ilə müqavilə də bağlayıb. Bu komandanın Braziliyanın C seriyasında çıxış etdiyini də vurğulayaq.
Qeyd edək ki, Da Silva “Qəbələ”də 2010-11 mövsümündən etibarən çıxış edirdi. O, bu qışadək bölgə təmsilçisində 58 oyun keçirmiş, iki qola imza atmışdı.