Qarabağdan iki transfer (FOTO)
14 yanvar 2013 13:49
“Qarabağ” 2012-cü ildə ilk transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bütün mövqeləri gücləndirməyi planlaşdıran Ağdam klubunun ilk transferi Kristian Torres olub.
2009-cu ildən ölkəmizdə çıxış edən 27 yaşlı futbolçu ön xəttdə universallığı ilə diqqət çəkir. “Qarabağ”da çıxış edəcək ilk argentinalı olacaq Torreslə 1,5 illik müqavilə bağlanılıb.
“Qarabağ” Torreslə yanaşı “Rəvan”dan daha bir futbolçunu sıralarına bağlayıb. 22 yaşlı Elvin Musazadə ilə də 1,5 illik müqavilə bağlanılıb.