Tahir Süleymanov: Denis Silva öz sözünün üstündə durdu
24 dekabr 2012 16:38
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov komandanın qış fasiləsi zamanı ilk transferindən danışıb. Azerisport.az saytına müsahibəsində o, “ağ-qaralar”ın keçmiş üzvü, braziliyalı müdafiəçi Denis Silvanın yenidən geri qaytarılması ilə bağlı bunları dilə gətirib:
“Biz Denislə 6 aylıq müqavilə bağlayacağıq. Amma ilin sonunda 1 və ya 2 illik yeni müqavilə bağlamaq hüququmuz da olacaq. Biz Silvanı əvvəllər də komandamıza qaytarmaq istəyirdik. Sadəcə, “Gremio” çox pul tələb etdiyindən, biz onlarla razılaşmamışdıq. Ona görə Denis daha yarım il bu komandada forma geyməli oldu. Bu futbolçuya başqa təkliflər də var idi. Amma o, mövsümün sonunda komandamıza qayıtmağa söz vermişdi. Gördüyünüz kimi, o, öz sözünü tutdu. Növbəti transferlərimiz yanvarda olacaq. Əgər hansısa futbolçularımız xarici klublara transfer olsalar, onları əvəzləməyə də çalışacağıq”.