21 may 2012 12:21
Qəbələ Azərbaycan çempionu oldu (FOTOREPORTAJ)
U-13 Liqasının 2011-2012-ci il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, liqanın son oyunları Şağan Olimpiya İdman Kompleksində keçirilib.
3-cü yer uğrunda qarşılaşmada “Neftçi” 2:0 hesabı ilə “Buzovna Bələdiyyəsi” komandasını məğlub edib. Finalda isə “İnter” və “Qəbələ” komandaları qarşılaşıb. Oyunda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən “Qəbələ” 3:0 hesabı ilə qələbə qazanaraq U-13 Liqasının 2011-2012-ci il mövsümünün qalibi olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
