21 may 2012 11:14

Rauf Əliyev: Yaponiyanın imkan verdiyi qədər oynayacağıq

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində qarşıdan gələn Yaponiya və Andorra ilə yoxlama matçlarından danışıb.
 
- Mövsüm bitən kimi yığmanın toplanışına qatılmaq nə dərəcədə ağırdı?
- Yorğunluq hələ qalır. Bütün futbolçulara bu məşqlərdə iştirak etmək çətin olacaq. Onsuz da çox çətin bir mövsümü arxada qoymuşuq. Amma yığmanın toplanışına hazır olmalıyıq. Bizi iki çətin qarşılaşma gözləyir. Burda həm bizim qazanacağımız nəticələr, həm də sərgiləyəcəyimiz oyun çox vacibdi.
 
- Yaponiya yığması ilə oyundan nə gözləyirsiz?
- Mən rəqib komandanın heyəti ilə tanış olmuşam. Çoxlu legioner futbolçuları var. Onların futbolçuları daha çox Avropanın aparıcı çempionatlarında çıxış edirlər. Heyətlərində Keysuke Honda, Şinzi Kaqava kimi iki ulduz futbolçu da var. Vaxtilə onların bəzi oyunlarını da izləmişəm. Amma hazırda nə dərəcədə fərqli oyun nümayiş etdirdiklərini bilmirəm.
 
- Kaqava yadınızdadı?
- Bəli, o, hələ Dortmund “Borussia”sının heyətində “Qarabağ” üçün necə problemlər yaratdığını göstərmişdi. Əla futbolçudu, hər an matçın taleyini həll edə bilər. Çox sürətli hərəkətləri var. Amma bu dəfə onda alınmayacaq.
 
- Sizcə, Yaponiya ilə oyun Azərbaycan yığması üçün faydalı olacaq?
- Əlbəttə. Bu komanda Asiya kubokunun qalibidi. Belə komandalar adi görünsələr də, əslində güclü olurlar.
 
- Bizim bu oyunda qələbə qazanmaq şansımız var?
- Bacardığımız qədər yaxşı oynamağa çalışacağıq. Necə alınacağını indidən demək çətindi. Real olmaq lazımdı: biz rəqibin imkan verdiyi qədər oynaya bilərik.
 
- Yaponiyadan sonra Andorra ilə də görüşümüz olacaq...
- Bir dəfə onları məğlub etmişik. Əlbəttə, onlar növbəti dəfə eyni aqibəti yaşamaq istəməyəcəklər. Amma biz bu komandanı yenməyə borcluyuq. Mənim üçün indi Yaponiya ilə oyun Andorra ilə görüşdən vacibdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.