19 may 2012 01:03

“Bakını təbrik edirəm, Sadıq Sadıqovun qarşısında isə üzr istəyirəm”

“Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski azerisport.az saytına müsahibəsində mövsümün yekunlarından danışıb, eləcə də kubokun finalında “Bakı”ya məğlubiyyəti şərh edib.
 
- Nəzərə alsaq ki, az öncə Premyer Liqada çempionluğunuzu bayram edib, Çempionlar Liqasına vəsiqə qazanmışdız, kubokun finalında “Bakı”ya məğlubiyyətiniz (0:2) nə dərəcədə üzücü oldu?
- Əlbəttə, məyus olduq. Məğlubiyyətdən necə razı qalmaq olar ki? Finalda bizim bəxtimiz gətirmədi. Nəticədə də hər şey uğursuz alındı. Lakin düşünürəm ki, çox üzülməyə də dəyməz.
 
- Maraqlıdı ki, komandanız çempion olduqdan sonra keçirdiyi hər üç oyunda məğlbu oldu. Bu, sizi qorxutmur?
- Xeyr. Çünki çempionluğu vaxtından öncə təmin etdiyimizdən son oyunlarımız o qədər də vacib əhəmiyyət daşımırdı. Bu üzdən hətta meydana gənclərdən ibarət heyət buraxılırdı. Sonuncu final oyununda isə dediyim kimi, bəxtimiz gətirmədi.
 
- Sizcə, komandada nə alınmadı?
- Konkret nəyin qaydasında olmadığını deyə bilmərəm. Sadəcə, rəqib bizdən fərqli olaraq ələ düşən şanslarından maksimum yararlandı.
 
- Demək olar ki, erkən qol “Neftçi”ni sındırdı?
- Birinci qol heç nədən alındı. İkinci qol çox gözəl alınsa da, təəssüf ki, yenə bizim qapımıza vuruldu. Bizim qol vurmaq cəhdlərimiz isə hamısı faydasız qaldı. “Bakı”nı bu qələbə münasibətilə təbrik edirəm. Uğursuzluğa görə isə “Neftçi”nin prezidenti qarşısında üzr istəyirəm. O, bizi həmişə müdafiə edir. Biz bunun əvəzini qələbə ilə çıxmaq istəyirdik. Təəssüf ki, alınmadı.
 
- Yeri gəlmişkən, finaldan sonra sizin “Neftçi”dən kənarlaşdırıldığınıza dair xəbərlər yayılmaqdadı. Bu, doğrudu?
- Xeyr. Belə bir şey yoxdu. Məni komandadan uzaqlaşdırmayıblar. “Bakı” ilə oyunda əvəzləndikdən sonra matçı tribunadan izlədim. Komandadan göndərilməyim barədə xəbərlər həqiqəti əks etdirmir.

- Deməli, sizi fasilədə əvəzləyən Böyükağa Hacıyevlə aranızda heç bir problem yoxdu?
- Heç bir problem yoxdu. Futbolda oyunçunun əvəzlənməsi adi şeydi.  Burda təəccüblü heç nə yoxdu. Fasilədən sonra da oyunu tribunadan izləmişəm. Başqa heç nə.
 
- Sizcə, bu məğlubiyyət komandanın Çempionlar Liqasına hazırlığına təsirini göstərəcək?
- Düşünmürəm. Kubokda uduzsaq da, çempionatın qızıl medallarına sahib çıxdıq. Finaldan sonra komanda istirahətə buraxıldı. İstirahətdən sonra ÇL-in hazırlıqlarına başlayacağıq. Bunu mümkün qədər yaxşı şəkildə həyata keçirməyə çalışacağıq ki, avrokuboklarda uğurla çıxış edək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.