19 may 2012 11:37

Rail Məlikov: Əliyar Ağayev yaxşı oğlandı, amma finalı onun aktivinə yazmaq olmaz

“Neftçi”nin kapitanı Rail Məlikov Azərbaycan kubokunun “Bakı” ilə oyunundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Finalda rəqibinizə quru hesabla uduzacağınızı gözləyirdiz?
- Biz ümumiyyətlə uduzacağımızı gözləmirdik. Rəqibin oyuna bu qədər kəskin hücumlarla başlamasını, iki erkən qol vuracağını da düşünmürdük. Nəticədə də rəqib qələbə qazandı. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizi belə yaxşı dəstəklədilər. Düzdü, biz onların ümidlərini doğrulda bilmədik. Amma bərpa olunmaq üçün hələ vaxtımız olacaq.
 
- Qələbə qazanmağınıza nə mane oldu?
- Yaratdığımız qol epizodlarından lazımınca yararlana bilməməyimiz. Hansı ki, bunların sayı rəqibin yaratdığı qol epizodlarından daha çox idi.
 
- Bu, daha çox ikinci hissədə nəzərə çarpırdı. Amma ilk hissə haqda eyni sözləri demək olmaz...
- Mən deyərdim ki, ilk yarıdakı epizodlarda rəqibin sadəcə bəxti gətirdi. Amma ərazi üstünlüyü məhz bizim tərəfimizdə idi.
 
- Siz və komanda yoldaşlarınız bir neçə dəfə hakimlə mübahisə etdiniz. Hakimlikdən bu qədər narazı qalmısız?
- Düzünü deyim ki, həlledici oyunda belə hakimlik gözləmirdim. Denis Silva ikinci sarı vərəqəni almamalı idi. Əliyar Ağayev yaxşı oğlandı, amma bu finalı onun aktivinə yazmaq olmaz.
 
- Hesab etmirsiz ki, bu oyunda çox gözlənilməzliklər oldu? Ola bilər ki, “Bakı” çox yaxşı oynadı?
- Mən razı deyiləm. Rəqibimiz öz adi oyununu sərgilədi. Biz onları bu mövsüm elə görməyə adət etmişik. Sadəcə bu dəfə bəxtləri gətirdi.
 
- Oyundan sonra “Neftçi”nin futbolçuları özlərini elə aparırdılar ki, sanki avrokuboklardan kənarda qalıblar və bu mövsüm Premyer Liqanın qızıl medallarını onlar qazanmayıblar...
- Biz doğrudan da çox məyus olmuşduq. Qızıl dubl etmək istəyirdik. Amma hər şeyə rəğmən mövsümü uğurlu hesab edirəm. Əsas mükafata sahib çıxdıq, kubokun finalına çıxdıq.
 
- Həlledici oyun da göstərdi ki, Azərbaycan çempionunu məğlub etmək olar. Bu, Çempionlar Liqası öncəsi həyəcan siqnalı kimi qəbul oluna bilər?
- Şübhəsiz. Öz səhvlərimizi mütləq analiz etməliyik. ÇL öncəsi güclənməyimiz də pis olmazdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.