20 may 2012 11:46
Xəzər Lənkəranın hücumçusu Qvatemalaya qarşı
“Xəzər Lənkəran”ın hücumçusu Rendal Brenesə ölkəsinin yığmasından dəvət gəlib. Azerisport.az xəbər verir ki, Kosta Rika yığmasının qarşıdakı toplanışında Azərbaycan Premyer Liqası da təmsil olunacaq.
Sözügedən ölkə yığmasının baş məşqçisi 28 futbolçu arasında Brenesə də yer ayırıb. Lakin o, ölkəmizdə çıxış edən daha bir həmyerlisinə - “Bakı”nın forvardı Uinston Parksa dəvət göndərməyib. Görünür bu futbolçunun zədəli olması onun milliyə yolunu bağlayıb.
Maraq üçün qeyd edək ki, Brenesi qarşıdakı təlim-məşq toplanışında Qvatemala ilə yoxlama oyunu da gözləyir. Bu qarşılaşma mayın 25-də keçiriləcək.
