18 may 2012 11:27
Sadıq Sadıqov: Bu heyət ÇL-də bizə yetərli olmayacaq
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Azərbaycan kubokunun “Bakı” ilə oyunundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Final necə idi?
- Hər iki komandanın oyunu xoşuma gəldi. “Neftçi” üstünlüyə malik olsa da, bunu nəticədə əks etdirə bilmədi. Xüsusilə, Rəşad Abdullayevlə Flavinyonun epizodları yadda qalan oldu. Fikrimcə, erkən qol vura bilsəydik, hər şey tam fərqli ola bilərdi. Amma əvəzində özümüz erkən qol buraxdıq. Özümüzə gəlincə “Bakı” daha bir qol vurdu. Ondan sonra oynamaq çətin idi.

- Ola bilər ki, futbolçularınız hələ də çempionluğu bayram edirlər?
- Komanda arxayınlaşmışdı, bu, görünürdü. Çempionluqdan sonra hamısı özünü ən yaxşı hesab edir. Oyuna köklənə bilmədilər. “Bakı”nı təbrik edirəm. Artiq həmkarım Hafiz Məmmədova yaxınlaşıb təbriklərimi çatdırmışam. Onun komandası bu gün güclü idi və titula layiq idi. Bütün 90 dəqiqə ərzində möhtəşəm oynadılar. Allah eləsin ki, avrokuboklarda da uğurlu çıxış etsinlər.

- Bəs “Neftçi”?
- “Neftçi”yə isə ciddi surətdə Çempionlar Liqasına hazırlaşmaq lazımdı. Kubokun finalı da göstərdi ki, komandanı gücləndirmək lazımdı. Çempionluqda istifadə etdiyimi resursla Avropada irəli getmək yetərli olmaya bilər.

- Artıq Rəşad Sadiqovla Julius Vobayı transfer etmisiz. Sizcə, bunlar yetərli deyil?
- Bəli. Mən istəyirəm ki, komandanı hər mövqe üzrə gücləndirək. Çünki bizi Çempionlar Liqası kimi çətin bir turnir gözləyir.
- Daha kimləri almağı düşünürsüz?
- Adları ancaq transferlər tam bitdikdən sonra açıqlayacağam.

- Bəs mövqe?
- Mən hesab edirəm ki, komandanın əsas problem hiss etdiyi mövqe hücumdu. Nasimov zədəli idi və özünüz də gördünüz ki, hücum xəttimiz bu gün necə dişsiz idi.

- Artıq ÇL-də komandanın qarşısına hədəf qoymusuz?
- Azərbaycan futbolunu layiqincə təmsil etmək, ikinci təsnifat mərhələsini keçmək lazımdı. Avrokuboklarda möhkəmlənmək lazımdı, nəinki ötən ilki kimi.

- “Neftçi”ni iyunun 25-də keçiriləcək püşkatmada kim təmsil edəcək?
- Hələlik məlum deyil. Amma bu günlərdə sözügedən məsələni mütləq həll edəcəyik.