19 may 2012 00:50
Bundesliqa klubunda yeni baş məşqçi
Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Augsburg” klubuna yeni baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, sözügedən komandanın bundan sonra Markus Vaynsirl çalışdıracaq.
O, bu posta “Regensburg”un sükanı arxasından gətirilib. Artıq “Augsburg” rəhbərliyi klubun rəsmi saytı vasitəsilə komandanın yeni baş məşqçiyə tapşırıldığını açıqlayıb.
Komandanın sabiq baş məşqçisi Yos Luhukay isə istefa verib. Onun da Bundesliqanı tərk edən “Hertha”nın sükanı arxasına keçməsi gözlənilir.
