18 may 2012 17:50
Ramin Musayev: Mövsümün yekunu ədalətlidi
Futbol üzrə Azərbaycan kubokunun “Neftçi” – “Bakı” oyunundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azerisport.az saytına müsahibəsində mövsümün yekunlarından danışıb.
- Yəqin razılaşarsız ki, mövsümün sonu uğurlu alındı, hər kəs kubokun finalından razı qaldı...
- Hesab edirəm ki, hər iki komandanın azarkeşləri gözəl oyuna görə şad oldular. Azərbaycan futboluna belə oyunlar çox lazımdı. Mövsümün yekunu ədalətlidi: “Neftçi” çempion oldu, “Bakı” kuboku qazandı. Bu klublara, eləcə də avrokuboklara vəsiqə qazanan digər təmsilçilərimizə uğurlar arzulayıram.
- Bəs onların avrokuboklardakı çıxışını necə görürsüz?
- Artıq avrokuboklarda da uğur qazanmaq vaxtıdı. Mərhələ adlamaqdan yox, qruplara düşməkdən danışmaq lazımdı. Buna görə “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” və “İnter” rəhbərliyinə müraciət edərək deyirəm ki, lazımlı transferlər həyata keçirin, heyətinizi gücləndirin və avrokuboklarda uğur qazanın.

- Hansı komandaya azarkeşlik etdiyini deməyəcəksiz. Bəs futbolçu?
- Xüsusi olaraq hansınasa azarkeşlik etmirdim. Amma şəxsən mənə “Neftçi”də Flavinyonun oyunu xoşdu. Həmçinin “Bakı”da Vadim Boret, Nurlan Novruzov və Rəhman Hacıyevi qeyd edərdim. Təəssüf ki, onların bəzisi meydana çıxmadı. “İnter”dən Baçana Tsxadadze də bəyəndiyim futbolçulardandı.

- Sizcə, kubokun ən faydalı oyunçusunu seçmək necə olardı? Məsələn, “Bakı”nın gənc futbolçusu Elşad Manafovu bu oyunun qəhrəmanı saymaq olar...
- Etiraf edim ki, mən oyunu ən yaxşı futbolçunu müəyyənləşdirə biləcək səviyyədə diqqətlə izləyə bilmədim. Mənim bütün diqqətim təşkilati işlərə qarışmışdı. Amma gələcəkdə biz belə mükafat da təsis edə bilərik. Analoji prizləri adətən Premyer Liqanın nəticələrinə həsr olunan tədbirdə veririk.
- Juniorun qolu isə yəqin ki, mövsümün ən yaxşı qolu seçilə bilər...
- Azarkeşlər də əsas belə qolları görmək üçün stadionlara gəlirlər. Amma oyun özü də maraqlı idi. Onu da qeyd etmək lazımdı ki, gənc hakim Əliyar Ağayevin idarəçiliyi də komandaları açıq, Avropa futbolu sərgiləməyə vadar edirdi. Başqalarını deyə bilmərəm, amma mən hakimlər briqadasının səhvini görmədim.
- Sizin Premyer Liqa ilə də bağlı fikirlərini bilmək istərdik Yəqin ki, mövsümün uğuru kimi “Neftçi”nin çempionluğunu, uğursuzu kimi də “Qarabağ”ı qeyd edəcəksiz...
- Niyə “Qarabağ”ın çıxışını uğursuzluq adlandırmalıyam ki? Komanda özünə layiq olan yeri tutdu. Kimlər güclü idisə, mükafatçılar sırasına da onlar düşdülər.
- Sizin PFL prezidenti postundakı fəaliyyət müddətiniz başa çatır. Növbəti addımınız necə olacaq?
- İstirahət edib klublarla AFFA İcraiyyə Komitəsinin qərarını gözləyəcəm. Onlar bir yerdə müzakirələr aparıb PFL rəhbərliyi ilə bağlı növbəti dörd il üçün qərarlarını açıqlayacaqlar. Əgər PFL-ə yeni məni rəhbər təyin etsələr, xoş sürprizlər hazırlamağa çalışacağam.