16 may 2012 18:17

“Karyeramı Neftçidə davam etdirmək istəyirəm”

“Neftçi”nin qapıçısı Rauf Mehdiyev Azərbaycan kubokunun “Bakı” ilə final oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Final matçına hazırlıqlar necə gedir?
- Hazırlıqlar əla gedir. Bütün komanda böyük məsuliyyətlə bu oyuna hazırlaşır.
 
- “Neftçi” mövsüm üçün əsas hədəfinin öhdəsindən gəlib – çempion olub. Bu, final oyunu öncəsi motivasiyanızı azaltmır ki?
- Mən elə düşünmürəm. Biz Azərbaycan kubokunu da qazanıb, qızıl dubla imza atmaq istəyirik. “Neftçi”nin bu hədəfə çatması üçün əla imkanı var. Bu fürsəti əldən vermək istəmirik.
 
- Bütün gücünüzü kuboka qoymaq riskli olmayacaq ki? Axı Çempionlar Liqasının oyunları öncəsi heç kim zədələnmək istəməz...
- Əlbəttə, itki həmişə pisdi. Amma biz istənilən halda sona kimi mübarizə aparıb, kuboku qazanmaq istəyirik. Yalnız ondan sonra bütün fikirlərimizi Çempionlar Liqasına yönəldəcəyik. Hələlik bütün diqqətimiz kubokun final oyunundadı.
 
- Son dövrlər əsas heyətdə tez-tez görünməyə başlamısız. Bunu nəzərə alsaq, final matçında da sizin oynayacağınızı düşünmək olar?
- Şübhəsiz ki, finalda oynamağımı mən də çox istərdim. Amma hər şeyə baş məşqçi qərar verir. Əgər o, məni meydana buraxmağı lazım bilsə, buna çox sevinərəm. Lakin istənilən halda əsas “Neftçi”nin uğurudu. Qapıda kimin durması isə o qədər də vacib deyil.
 
- Komanda final matçında mümkün penalti seriyasına da hazırdı?
- Əlbəttə. Ümumiyyətlə, hər şeyə hazır olmaq lazımdı. Bu, finaldı və hər şeyə bir oyunda aydınlıq gəlməlidi. Ola bilər ki, qarşılaşmanın taleyi əsas vaxtda həll olunmasın.
 
- Maraqlıdı, sırf penalti seriyasına görə qapıda durmaq lazım gəlsəydi, siz Saşa Stamenkoviçə üstünlük verərdiz, yoxa özünüzə?
- Sual təxribat xarakterlidi (gülür). Amma yenə deyirəm ki, hər şeyə baş məşqçi qərar verir. Kimin “çərçivədə” durması lazım gəlsə, o da oynayacaq. Əsas kuboku qazanmaqdı. Bizim qızıl dubl etmək üçün əla şansımız var. Bundan maksimum yararlanmaq lazımdı.
 
- “Bakı”nın heyətində xeyli itkilər var. Məsələn, Uinston Parks, Aleksandr Şoliç, Xavyer Juniorun finalda iştirakı sual altındadı...
- “Bakı” ilə son oyunumuzda həm bizim, həm də onların heyətində xeyli gənc futbolçu yer alırdı. Həmin oyun da göstərdi ki, “zolaqlılar”ın yaxşı ehtiyat qüvvəsi var. İtkiləri əvəz edəcək futbolçulara malikdilər. Yəni kimin oynayın-oynamayacağı o qədər də vacib əhəmiyyət kəsb etmir.
 
- “Bakı” kubok komandası hesab olunur. İki dəfə finala çıxıblar, ikisində də qələbə qazanıblar. Bu, sizi qorxutmur?
- “Bakı” güclü rəqibdi. Onların ağdamlıları rəqib meydanında yenib finala çıxmaları da çox şeydən xəbər verir. Yəqin ki, final oyununa motivasiyaları da yüksək olacaq. Çempionatın son turları da göstərirdi ki, bu komanda çox artırıb. Odu ki, bizi çətin qarşılaşma gözləyir.

- “Neftçi” ilə müqavilənizin müddəti tezliklə başa çatacaq. Qarşıdakı planlarınız nədən ibarətdi?
- Rəhbərliklə yeni müqavilə barədə danışıqlar aparmalıyıq. Hər şeyə kubokun finalından sonra aydınlıq gələcək.
 
- Digər klublardan təkliflər varmı?
- Bəli, var. Amma mən karyeramı “Neftçi”də davam etdirmək istəyirəm.
 
- Çempionlar Liqasından nə gözləyirsiz?
- ÇL-də asan rəqib yoxdu. Bu dəfə rəqibimizin kimliyindən asılı olmayaraq, ən azı bir mərhələ keçməyimizi istəyirəm. Bu mövsüm daha yaxşı hazırlaşmalı, uğur qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.