13 may 2012 00:15
Türkiyə çempionatı: Və Galatasaray çempion! (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında final mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, həlledici turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
İlk "dördlük"də mübarizə aparan komandalardan “Beşiktaş” doğma meydanda “Trabzonspor”la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, son dəqiqələrdə trabzonlular bərabərlik qolunu vurmağı bacarıblar. Beləcə, “Trabzonspor” Super Liqanın bürünc medallarına sahib çıxıb. “Beşiktaş” isə medalçılar sırasına düşə bilməyib və mövsümü dördüncü pillədə bitirib.
İkinci oyun günündə azarkeşləri daha maraqlı qarşılaşma gözləyirdi. Çempionluğun taleyini həll edəcək matçda lider “Galatasaray” əsas izləyicisi olan “Fenerbahçe”nin qonağı idi. Bu görüşdə qələbə qazanacaq komanda Super Liqanın çempionu olacaqdı. Lakin “Galatasaray”a bu yolda hətta heç-heçə də kifayət edirdi. "Sarı-qırmızılar" məhz minimum vəzifənin öhdəsindən gəlməklə qızıl medallara sahib çıxıblar.
Avroliqa qrupunda isə “İstanbul BB” “Bursaspor”la ev oyununda darmadağına məruz qalıb. “Sivasspor” da “Eskişehirspor”la üz-üzə gəlib və məğlub olub.
Türkiyə Super Liqası
Çempionluq qrupu
11 may
Beşiktaş – Trabzonspor – 1:1
Qollar: Holosko, 70 - O.Adin, 85.
12 may
Fenerbahçe - Galatasaray - 0:0
|
1
|
Galatasaray
|
6
|
2
|
3
|
1
|
9 - 6
|
3
|
48
|
|
2
|
Fenerbahçe
|
6
|
4
|
1
|
1
|
9 - 4
|
5
|
47
|
|
3
|
Trabzonspor
|
6
|
1
|
2
|
3
|
5 - 10
|
-5
|
33
|
|
4
|
Beşiktaş
|
6
|
1
|
2
|
3
|
5 - 8
|
-3
|
33
|
Avroliqa qrupu
12 may
İstanbul BB - Bursaspor - 0:4
Sivasspor - Eskişehirspor - 1:3
|
1
|
Bursaspor
|
6
|
4
|
0
|
2
|
12 - 10
|
2
|
37
|
|
2
|
Eskişehirspor
|
6
|
3
|
2
|
1
|
12 - 7
|
5
|
36
|
|
3
|
İstanbul BB
|
6
|
2
|
1
|
3
|
10 - 14
|
-4
|
32
|
|
4
|
Sivasspor
|
6
|
1
|
1
|
4
|
9 - 12
|
-3
|
29
|
