12 may 2012 20:48
“Futbolçularım taktikanı meydanda əks etdirə bilmədilər”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 32-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 2:3 hesablı məğlubiyyətlə üzləşdiyi görüşlə bağlı bunları dilə gətirib:
“Futbolçularım oyuna yaxşı başladılar. Nəticə də var idi. Rəqibin qapısına iki qol vura bilmişdik. Komandam effektiv oyun nümayiş etdirirdi. Ancaq ilk 20 dəqiqədən sonra səhvlər buraxmağa başladıq. Ev tapşırıqlarını futbolçularım yerinə yetirə bilmədi, taktikanı meydanda əks etdirə bilmədilər. Qapımızdan buraxdığımız üçüncü qol da öz səhvimizdən oldu. Rəqib bizim səhvlərimizdən istifadə edə bildi. Hesabda 2:0 irəlidə olduğumuz oyunda qalib gəlməliydik. Ancaq futbolçularım bunu bacarmadı”.
