12 may 2012 20:43
“Çempionatda belə komandaların olması yaxşı haldı”
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 32-ci turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 3:2 hesablı qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib:
“Rəqibimizin itirəcək heç bir şeyi yox idi. Biz buna görə “Sumqayıt”dan çəkinirdik. Təəssüf ki, oyunun əvvəlində qapımızdan iki qol buraxdıq. Əzmkar qələbəyə görə futbolçularıma təşəkkür edirəm. “Sumqayıt” çox gözəl futbol oynayan komandadı. Çempionatda belə komandaların olması yaxşı haldı. Bu gün “Sumqayıt”ın məğlub olmasının əsas səbəbi təcrübəsizlik oldu”.
