12 may 2012 20:23
Komandası uduzdu, Fuad İsmayılov razı qaldı
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 32-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Sona kimi mübarizə apardıq, komandanın oyunundan razı qaldım. Premyer Liqadakı yerimizi artıq təmin etmişdik. Ceyhun Sultanovun xəstəlik səbəbindən bu gün iştirak etməməsi oyunumuza təsir etdi”.
