12 may 2012 17:46
“İnanıram ki, Azərbaycanın hər yerində belə dəstəkdən faydalana bilərik”
17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Sissi Rayt görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 3:2 hesablı qələbəsini belə şərh edib:
“Rəqibimiz ilk qarşılaşma ilə müqayisədə bu dəfə fərqli oynadı və işimizi çətinləşdirdi. Şanslarımız çox olsa da, hamısından istifadə edə bilmədik. İki oyunu dəyərləndirməli olsaq, ümumilikdə, komandadan razı qaldım. Azarkeşlər bizi səmimi qəlbdən dəstəklədilər. İnanıram ki, Azərbaycanın hər yerində, bütün bölgələrdə azarkeşlərin belə dəstəyindən faydalana bilərik”.
