12 may 2012 16:25
Yığmamız yenə Latviyadan güclü oldu
Bu gün Lənkəran şəhər Mərkəzi stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Latviya komandasının qapısından topları Aliyə Vəliyeva, Jalə Məhsimova və Sevinc Cəfərzadə keçirib.
Xatırladaq ki, bu komandalar arasında mayın 9-da da keçirilmiş yoldaşlıq oyunu yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatmışdı.
