11 may 2012 16:15
Həlledici oyunların hakimləri açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci turunun bu gün keçiriləcək oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Beləliklə, “İnter”lə “Bakı” arasındakı paytaxt derbisini Vüsal Əliyev idarə edəcək. “Xəzər Lənkəran”la “Qarabağ” arasındakı prinsipial qarşılaşma Elçin Məmmədova həvalə olunub.
“Neftçi” – “Qəbələ” oyununda isə Fariz Yusifov ədaləti təmsil etməlidi.
Premyer Liqa
32-ci tur
11 may (cümə)
İnter – Bakı
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu.
Xəzər Lənkəran – Qarabağ
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Lənkəran şəhər stadionu.
Neftçi – Qəbələ
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Munis Abdullayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Qeyd edək ki, bütün oyunlar saat 17:30-da başlayacaq.
